YENİ İL GECƏSİ UBER İSTİFADƏSİ TÖVSİYYƏLƏRİ
Yazdı:Hər birimiz səbirsizliklə yeni il gecəsini gözləyirik. Bir-birindən dadlı meyvələr, içkilər, xüsusi bəzədilmiş şam ağacları, dostlarla səs-küylü əyləncələr və yaxud ailəvi yeməklər… Özü ilə yeni ümidlər, yeni imkanlar və bir-birindən maraqlı hadisələr gətirən yeni il gecəsi artıq çox yaxındır!
Bu möhtəşəm gecədə Uber çağırmaq istəyənlərə xüsusi tövsiyyələrimiz var.
DİNAMİK TARİFLƏR
Yeni il gecəsi ilə əlaqədar olaraq tariflərdə bir dəyişiklik yoxdur, lakin Uber-ə məhz bu gecədə çox böyük tələbat olacağına inanırıq və bu səbəbdən tariflərin müəyyən müddət dəyişkən ola biləcəyini düşünürük. Bu dinamik tariflər tələbatın təklif etdiyimiz avtomobillərdən daha çox olduğu an aktivləşir və beləcə daha çox istifadəçiyə xidmət göstərilməsi üçün daha çox sürücü Uber xəttinə daxil olmağa başlayır.
Unutmayın ki, dinamik tariflər işə düşdükdə Uber tətbiqi bu haqda sizə mütləq məlumat verir. Bundan əlavə olaraq dinamik tarif ilə gediş haqqınızı olduğunuz və gedəcək yerləri seçərək öncədən görə bilərsiniz.
GEDİŞ HAQQINI DOSTLARINIZ İLƏ BÖLÜŞÜN
Bu seçim yeni ili birlikdə keçirən dost kollektivi üçün idealdır. Uber gediş haqqınızı sizinlə bir avtomobildə səyahət edən dostlarınızla bölüşmək üçün onların hər birinin aktiv Uber hesabı olmalıdır. Gediş haqqını bölüşmə funksiyasından istifadə etdiyiniz zaman hesab sizin əlavə etdiyiniz şəxslər arasında bölüşdürülür.
SÜRÜCÜNÜZÜ NECƏ TAPMALI?
Sifarişlər həddən artıq çox olacaq. Bu səbəbdən əyləncənizə getmək üçün Uber çağırdığınız an tətbiqdə avtomobil və sürücü haqda məlumatları gözdən keçirməyi unutmayın. İstənilən an sürücünüzə zəng edərək onun harada dayandığı haqda daha dəqiq məlumat ala və ya istənilən sualı verərək dərhal cavab ala bilərsiniz.
SƏYAHƏTİNİZ HAQDA MƏLUMATI DOSTLARINIZ VƏ YAXINLARINIZLA BÖLÜŞÜN
Dostlarınızı gəlişiniz haqda xəbərdar etmək üçün Uber tətbiqindən onlara təqribi çatma vaxtınızı və səyahətinizi real zamanlı xəritədə göstərən keçid (link) göndərə bilərsiniz.
İTMİŞ ƏŞYALAR
Avtomobildə əşya itirməmək üçün diqqətli olmanızı tövsiyyə edirik. Əgər yeni ilin həyəcanı ilə hər-hansısa əşyanızı avtomobildə yaddan çıxarsanız dərhal sürücü ilə birbaşa əlaqə saxlamanızı tövsiyyə edirik. Bunun üçün saytda sürücünün əlaqə nömrəsini taparaq ona zəng edə və ya dərhal kömək mərkəzimizə müraciət edə bilərsiniz.
VƏ SONDA – UBER DƏSTƏK MƏRKƏZİNİN HƏR ZAMAN SİZİN YANINIZDA OLDUĞUNU UNUTMAYIN
İstənilən sualınızı aşağıdakı qaydada bizə ünvanlaya bilərsiniz:
- Səyahətinizdən sonra email ünvanına aldığınız səyahət detalları məktubuna cavab yazaraq
- Birbaşa tətbiqin “Kömək” bölməsinə daxil olaraq
- Və ya dəstək mərkəzimizə email göndərərək: [email protected]
Yeni il gecəsi tələbatın və sifarişlərin çox olmasını və kömək mərkəzinə edilən müraciətlərin adi günlərdən qat-qat artıq olmasını nəzərə alaraq müraciətlərin cavablandırılması öncəki günlərdən bir qədər artıq vaxt tələb edə bilər. İstənilən halda, hər zaman olduğu kimi, ünvanladığınız bütün müraciətlər kömək mərkəzimizin mütəxəsisləri tərəfindən cavablandırılacaq.
Sizi yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edirik!
Hörmətlə,
Uber Azərbaycan komandası