RUS | AZE

Uberdə biz həm gün ərzində, həm də gecələr müştərilərilərimizə və partnyorlarımıza ən yaxşı təcrübələrini yaşatmaq üçün işləyirik! Biz başa düşürük ki, bəzən elə zamanlar olur ki, siz bizimlə əlaqə saxlamaq ehtiyacı duyursunuz: avtomobildə əşya unudulduqda, aqressiv müştəri ilə qarşılaşdıqda, uzun yol seçildikdə və.s

Sürücü və ya sərnişin olmağınızdan aslı olmayaraq- bizim məqsədimiz bizimlə əlaqə saxlayaraq dəstək almağınız prosesini mümkün qədər sürətləndirmək və asanlaşdırmaqdır.


rider_email_312x312_r1_thumb

6 il əvvəl, biz Uber-i qurduqda, müştəri xidmətləri ilə əlaqə sadəcə email vasitəsilə mümkün idi [email protected] və bizim hər şəhərdəki komandamız tərəfindən edilirdi. Biz kiçik olduqda, bu normal idi. Lakin böyüdükcə, – hazırda 72 ölkədəyik- bu təcrübə çətinləşməyə başladı, çünki, şəhərdəki komandalarımız yenilikləri öyrənə bilmirdi və bəzən müştərilər eyni problem barədə bir neçə email göndərərək iş yükünü artırırdılar.

Beləliklə biz düşünməyə başladıq:  Qlobal xidmət səviyyəmizi necə inkişaf etdirə bilərik?

Son iki ildə, qlobal Dəstək mərkəzlərimizə 2 milyon dollardan artıq xərcləyərək, bu prosesi necə inkişaf etdirə biləcəyimizi araşdırdıq. Biz sadəcə email göndərməkdən daha effektiv və asan bir həll yolu axtarırdıq.

Uberin anatomiyasına qayıtdıq! Hər şeydən əvvəl siz bir toxunuşla avtomobil sifariş edir və ya pul qazanırdınız. Niyə də müştəri xidmətləri ilə də əlaqəyə sadəcə bir toxunuşla keçməyəsiniz? Indi sizlər üçün asan, sürətli bir şəkildə proqram daxilində müştəri xidmətləri ilə əlaqəyə keçmək üçün opsiya yaradılıb.  Sadəcə menyuya get, və KÖMƏK bölməsini seç.

 

Bu funksiya artıq işləyir. Müştəri məmnuniyyətimiz 10% artıb və sizin suallarınızı cavablandırma müddətimiz azalıb- daha sürətliyik.  Bu avtomobil sifariş etmək qədər asan bir prosesdir.