Azərbaycan | May 10, 2016
Uber və «Ümid Yeri» əşyalara ikinci həyat bağışlayır!
Yazdı:DİL – AZE | RUS
Yaz — qarderoblarımızı qaydaya salmaq vaxtıdır! Niyə də bunu yaxşı bir səbəb üçün etməyək? «Ümid Yeri» təşkilatı ilə əməkdaşlıq edərək biz sizin ehtiyacınız olmayan paltar və əşyalarınızı sizdən alaraq rahat və sürətli şəkildə ehtiyacı olan kimsəsiz uşaqlara çatdıracağıq.
Bu Şənbə , 14 MAY, qarderobunuzu səliqəyə salaraq geyinmədiklərinizi ayırın, Uber isə #UberXeyriyye aksiyası çərçivəsində qalan hər şeyin qayğısına qalacaq.
Uber Xeyriyyə necə işləyir:
- Artıq geyinmədiyiniz və bağışlamaq istədiyiniz paltarlarınızi bir yerə toplayın və paketə yerləşdirin.
Nəzərə alın ki, bağışladığınız paltar və əşayalar təmiz olmalı, yaxşı vəziyyətdə olmalı və ya təmirə ehtiyacı olmamalıdır. - Şənbə günü, 14 May saat 12:00-17:00 arası proqramı açın (Əgər siz uber istifadəçisi deyilsinizsə, Uber proqramını telefonunuza yükləyərək düzgün şəkildə qeydiyyatdan keçin)
- Nəzərə alın ki, «UberXEYRİYYE» sifariş etdiyiniz zaman sürücü ilə səyahət edə bilmərsiniz.(Bunun üçün uberX seçilməlidir)
- Ekranın aşağı hissəsində «UberXEYRİYYE» seçərək avtomobil sifariş edin. Uber gəlib bağışlamaq istədiyiniz əşyaları götürərək xeyriyyə partnyorumuz «Ümid Yeri» təşkilatına çatdıracaq.
Bu neçəyədir?
İştirak tamamilə PULSUZDUR!
Bəzi detallar:
- Sürücülər sizdən paltar və əşyalarınızı paketlənmiş halda almalıdır.
- Sürücülər sizin daxil etdiyiniz ünvana gələcəklər.Onlar avtomobilini tərk edə bilməyəcəkləri üçün, sizdən paketlənmiş paltar və əşyaları avtomobilə gətirməyinizi xahiş edirik.
- #UberXeyriyye aksiyasında iştirak etmək istəyənlərin sayı çox olacağı üçün sizdən səbirli olmağınızı xahiş edirik