Azərbaycan | Sent 24, 2015
UBER TƏTBİQİNDƏN İSTİFADƏ
Yazdı:UBER TƏTBİQDƏN İSTİFADƏ
Uber mobil tətbiqi əsasən xəritə və onun üzərində qurulmuş müəyyən funksionallıqlardan ibarətdir. Burada:
- Ödənişlər (Payment). Bölmə sizin ödəniş məlumatlarınızı (bank kart məlumatlar və balans kreditləri) nəzarətdə saxlamaq və redakte etmək üçündür.
- History (Tarixçə). Sizin səyahət tarixçəniz, getdiyiniz yollar, sürücülər və s. məlumatları bu bölmədən əldə etmək mümkündür.
- Help (Kömək). İstənilən mövzuda köməyə ehtiyacınız olduqda bu bölmə vasitəsilə birbaşa bizimlə əlaqə saxlaya və müraciət göndərə bilərsiz. Ən qısa zamanda müraciətinizə baxılaraq onu cavablandıracağıq.
- Free Rides (Ödənişsiz gedişlər). Ödənişsiz gediş və balans əldə etmək üçün dostlarınızla paylaşa biləcəyiniz şəxsi promo kodunuz.
- Promotions (Promolar). Bu bölmədə promo kod əlavə edərək ödənişsiz gedişlər, endirimlər və balans əldə edə bilərsiniz.
- Notifications (Bildirişlər)
- Settings (Nizamlar)
AVTOMOBİL SİFARİŞİ
- Səyahət etmək istədiyin xidmət seriyasını seç (uberX və ya uberBLACK)
- Olduğun yeri tətbiqdə seç və “Set Pickup Location” düyməsini seç
- Avtomobil çağır
- Tətbiq sizə ən yaxın olan avtomobili tapacaq
- Avtomobil tapıldıqdan sonra sizi qarşılamağa gələn sürücü haqda məlumatlar sizə təqdim olunacaq: Sürücünün adı, reytinqi, avtomobilin markası və seriya nömrəsi, profil şəkli və olduğu yer. Eyni zamanda avtomobilin hal-hazırda harada olduğu və neçə dəqiqə sonra sizə çatacağı göstərilir. Siz eləcə də sürücüyə zəng edə və ya mesaj yaza bilərsiniz.
- Səyahətə başladığınız anda səyahətinizi xəritədə real zamanlı izləyə bilərsiniz.
- Səyahət bitdikdən sonra sürücünü dəyərləndirməlisiniz. Sürücüdən tam razı qaldığınız anda 5 bal, narazı qaldığınızda isə 1 bal seçə bilərsiniz. Siz eləcə də şikayət, təklif və səyahətiniz haqda fikirlərinizi şərt olaraq da bizə göndərə bilərsiniz. Biz hər bir şərhi dəyərləndiririk və ehtiyac olan anda sizinlə əlaqə saxlayırıq.
HESABINIZDA OLAN AKTİV PROMOLARA NƏZƏR YETİRMƏK
- PC/laptopunuzun veb brauzerindən riders.uber.com ünvanına keçin, email və şifrənizi daxil edin və hesabınıza daxil olun:
- Hesab səhifənizin sol tərəfindəkı menyuda “Payment” bölməsinə keçin:
Bu bölmədə hesabınıza bağlı olan ödəniş məlumatları və aktiv promolar haqda ətraflı məlumat ala biləcəksiz.
İstənilən sualı [email protected] ünvanına yönləndirə bilərsiniz.