Uber Novruz
Yazdı:Язык – AZE | RUS
İlin ən soyuq aylarından birində güclü xəzri küləyi sizi isti evdə qalmağa vadar edir. Biz Uber Azərbaycan olaraq ilk Novruzu məmnuniyyətlə sizinlə birgə keçirməyə hazırıq. Yazın gəlməsini gözləyərkən Uber bu gözləmələri daha da şirin etmək istəyir və biz qarşımızdakı həftələrdə sizi sevindirəcək müxtəlif gözəl Novruz sürprizləri hazırladıq. Gələn həftə, Çərşənbə axşamı, 23 Fevral Uber düz sizin qapınıza kimi Paxlava gətirəcək və beləliklə siz bayram şirniyyatını soyuq küləklə savaşmadan əldə edəcəksiz. Əsas detalı deyəsən qeyd etmədik, paxlavalar ÖDƏNİŞSİZDİR!
Hər zamankı kimi Uberlə sifarişlər çox asandır. Sifariş qaydası:
- 23.02 tarixində 12-17* arası tətbiqi açın.
- Sağ tərəfdəki UberNOVRUZ düyməsinə klik edin və əgər uğurlu sifariş etsəz siz Təxmini Çatma Vaxtını və avtomobilin sizə doğru gəlməsini görə biləcəksiz.
- İşin ən gözəl hissəsi – Paxlavaların çox ləzzətli və ÖDƏNİŞSİZ olmasıdır!
- Bayram əhval ruhiyyəsini bizimlə qeyd edin, rəy və fotolarınızı #UberNOVRUZ haştaqı ilə paylaşın.
*Paxlavaları təyin edilmiş vaxt və ya say bitənə kimi sifariş edə biləcəksiz.
Əvvəl UBER-dən istifadə etməmisiz? Biz sizə kömək etməyə hazırıq. Sadəcə bura klik edin və Uberdə qeydiyyatdan keçin, tətbiqi telefona yükləyin və ilk gedişi bizdən hədiyyə almaq üçün NOVRUZ promo kodunu daxil edin.
Əgər hər hansı rəy və sualınız olarsa zəhmət olmasa [email protected]
email-inə yazın.
Nuş Olsun!
Uber Azərbaycan Komandası