DİL – RUS | AZE

Razılaşaq ki,  doğmalarımızın qayğısına ən çox yanlarında olmadığımız anlarda qalmaq istəyirik!
Həyat yoldaşınız işə və ya evə gedərkən,uşaqlarınız dərsdən qayıdarkən və ya valideynləriniz həkimi ziyarət etdikdə nə zaman gedib qayıtmaqları haqda narahat olmamağınız üçün biz Uberdə Ailə Hesabını yaratdıq!


Bu nə deməkdir? Indi siz öz Uber hesabınıza doğmalarınızı (ailə üzvləri və ya dostlarınızı) birləşdirə bilərsiniz. Onların etdiyi gedişlərin ödnişi sizin kartınızdan çıxılacaq. Amma məsələ sadəcə ödənişdə deyil, belə ki: yaxınlarınız Uberlə gediş etdikdə siz öz telefonunuzda Bildiriş alacaqsınız və hətta onların gedişini anında izləyə biləyəcəksiniz.  


Biz Uberdə düşünürük ki, sadəcə müasir texnologiya sizin və doğmalarınızın tam təhlükəsizliyini təmin edə bilər. İndi siz ailə üzvlərinizin nə zaman səyahət etdiyindən və harada olduğundan xəbərdar olacaqsınız.


Bu necə işləyir:

  • Əmin olun ki, sizdə proqramın son versiyası mövcuddur və ya proqramı öz smartfonunuzda yeniləyin.
  • Hesabınızda Ailə profili yaradın. Bunun üçün:
    • “Parametrlər”bölməsində “Ailə Profili Əlavə Edin”i seçin və funksiyanı aktivləşdirin;
    • Ailə üzvləri və ya dostlarınızı dəvət edin (“Ailə üzvü əlavə edin”): həmin şəxs telefonunuzda sizin kontaktlar siyahısında olmalıdır.
    • Ailə üzvləri sizin Ailə Profilinizə qoşulmaq haqda dəvət alacaqlar və onu qəbul etməlidirlər.  
    • Ailə profili parametrlərində Ödəniş Metodu bölməsindən, bu gedişləri ödəməsini istədiyiniz kartı seçin.  
  • Ailə üzvləri Uber sifariş edərək səyahət etdikləri zaman siz detallar barədə avtomatik bildiriş alacaqsınız.  
  • Həmin an proqram daxilində onların səyahətini izləyə bilərsiniz.  
  • Gedişin ödənişi Ailə Profilində seçdiyiniz kartdan avtomatik olaraq çıxılacaq.
  • Hər gedişin sonunda email vasitəsilə səyahət marşrutu və ödəniş haqqında ətraflı hesabat alacaqsınız.  

Əgər sizin ailə üzvləriniz Azərbaycan xaricində də Uberlə gediş edərsə, siz yenə də bununla bağlı bildiriş və hesabat alaraq onların səyahətinə anında nəzarət edə biləcəksiniz.