Şəhərləri bayrama çevirək! Uber üçün yeni görünüş və yeni hisslər!
Yazdı:Siz heç kiminsə saç düzümünə baxıb, “Sən lap 90lardan gəlmisən” düşünmüsüz? Mən Uberin bugünkü görünüşünə baxıb məhz belə düşünürəm. Məsələ ondadı ki, 4 il əvvəl maqnitşəkilli qırmızı loqomuzu dəyişəndə biz tələsmirdik. Sadəcə olaraq o zaman biz tam fərqli bir şirkət idik.
Uber San Fransiscoda 100 dost arasında Uber Black – Hər kəsə özəl sürücü xidməti ilə fəaliyyətə başladı. Bugün biz 68 ölkədə 400dən çox şəhərdə sadəcə bir düyməyə klik etməklə insanları və hətta sifarişləri bir yerdən başqa yerə aparan nəqliyyat xidməti şəbəkəsiyik.
UberX və UberPool kimi xidmətlərə xüsusi təşəkkürlər düşür, bu xidmətlər sayəsində biz luks sinifdən sərfəli və luks sinifə keçərək gündəlik milyon insana nəqliyyat xidməti göstərə bilirik.
Bu dəyişiklik bir gecədə olmadı amma elə bir hiss var ki, sanki bir gecəyə olub.
Təxminən 2 il əvvəl mən və Shalin Amin Uberin nə olmaq istədiyi nəzərə alaraq Uber görünüşünü dəyişmək üçün yola çıxmışdıq. Uberin unikal aspekti bizim fiziki dünyamızda yer almasıdır. Siz mobil cihazda bir düyməyə klik edərkən şəhərdə bir avtomobil hərəkətə başlayır və olduğun yerə gəlir. Biz bayt və atomların birləşdiyi bir dünyada mövcuduq. Bu Uberdir! Biz sadəcə texnologiya deyilik, biz şəhərləri və sakinləri hərəkət etdirən texnologiyayıq.
Loqo
Bugün biz yeni Uber görünüşünü təqdim edərkən çox həyəcanlıyıq və biz bu hadisəni texnologiyanın və xidmət göstərdiyimiz şəhərlərin bayramı hesab edirik.
Siz ilkin olaraq bizim loqonun dəyişdiyini görəcəksiz. Bəziləri bunun təmtəraqlı olduğunu hesab edir. (sanki biz 90-lardan qalma saçımızı kəsmişik)
Yeni loqo Uberi hər yerdə görünən edəcək. Bu həmçinin bizim şirkət olaraq böyüməyimizi göstərən bir elementdir.
Bayt
Biz loqodan danışarkən bayt haqqında konsepsiyadan söhbət açdıq. Bu bizim texnologiyanı qarşımızda mərkəzdə hədəflədiyimizi bildirməklə bərabər həm də davamlılığı, informasiya yönümlü olmamızı vurğulayır və brendimizi daha yadda qalan edir.
Atom
Öncəki loqo ağ və qara idi, sanki soyuq və uzaq idi. Bu əslində Uberin – Şəhərləri hərəkət etdirən nəqliyyat şəbəkəsi olduğunu göstərirdi. Biz insanların hərəkətini göstərmək üçün bura atomları – rəngləri əlavə etdik! Bizim heyətimiz aylarla araşdırma edərək insaların, dəb və əyləncənin, incəsənətin rənglərini kəşf etdi və Uberin fəaliyyət göstərdiyi hər bir şəhərin rənginə uyğunlaşmasına çalışdı.
Mexikoda biz parlaq Meksika çəhrayısından ilhamlandıq, İrlandıyada biz memarlığın və yaşılın tonlarından ilhamlandıq, Nigeriyada isə biz rəngarəng və həndəsi naxışlı parçalardan ilhamlandıq.
ÇİN
İRLANDİYA
MEKSİKA
HİNDİSTAN
Lakin bu sadəcə başlanğıcdır. Hər şəhərin öz rəngləri – xarakteri var və bizim uzun müddətli məqsədimiz şəhərlər və ölkələr üçün unikal rəngləri tapmaq və canlandırmaqdır. Bu hər zaman müxtəlif rənglər və naxışlar əlavə etmək deməkdir.
Yeni tətbiq ikonu
Ən böyük dəyişilkil odur ki, biz artıq sadəcə insanları hərəkət etdirmirik, həmçinin qida, məhsul və digər şeyləri də hərəkət elətdirə bilirik. Müxtəlif tətbiqlərdə müxtəlik ikonları bir- biri ilə əlaqələndirmək üçün biz baytlar və atomlar yanaşmamıza müraciət etdik. Bundan sonra həm istifadəçi həm də əməkdaş üçün təqdim edilən loqoda arxa fonda həmin şəhərə məxsus rəngləri olan və mərkəzində bayt görünən ikonu görəcəksiz.
Bu da bizə zamanla yeni məhsullar üçün müxtəlif yeni loqolar təqdim etməyə imkan yaradır.


Uber hər kəsin şəxsi sürücü kimi fəaliyyətə başlamışdı. Bu gün biz hər bir kəsə hər bir yerdə etibarlı nəqliyyat təqdim etməyə çalışırıq.
Bizim yeni loqo Uberin xidmət göstərdiyi şəhərlərdə bayramı – əsl reallığı əks etdirir. Bunu sizinlə bölüşməyə çox şadıq! Hə, bir də, ümid edirəm bu yeni saç düzümü əvvəlkindən uzun davam edər. 🙂
TRAVİS KALANİK
BAŞ İCRACI DİREKTOR VƏ HƏM-TƏSİSÇİ