RUS | AZE

Uberin  “bir toxunuşla avtomobil sifariş et” möcüzəvi imkanı 6 il əvvəl ilk təqdim olunduğu gündən etibarən insanlar hər zaman bizim proqramımızı sevərək, hər zaman dəstəklədilər. Lakin, bəzən istifadəçilərimizdən eşidirik ki, onlar Uberlərini daha əvvəldən sifariş edərək, həmin saatda (hətta,gecə saat 4 olsa belə) avtomobil olacağından əmin olmaq istəyirlər.

Biz bunu tamamilə başa düşürük və bu səbəbdən də, bugün Planlaşdırılmış Səfər funksiyamızı bütün dünyada buraxırıq. Bir neçə toxunuşla, siz indi səfərinizi 15 dəqiqədən 30 gün əvvələdək planlaşdıra bilər və rahatlıqla əmin ola bilərsiniz ki, seçdiyiniz tarix və saatda Uber sizi qapınızda gözləyəcək.

Schedule Rides

Bu necə işləyir:

  • uberX seç və “Səfəri Planlaşdır”
  • Yoladüşmə yeri, təyinat nöqtəsi, götürülmə tarix və saatını daxil et
  • Gələcək gedişinin detallarını təsdiqlə və“UberX Planlaşdır”.  Yola düşməzdən əvvəl istənilən vaxt gedişi ləğv etmək mümkündür.
  • Biz gedişin başlamasından 24 saat və 30 dəqiqə əvvəl, iki dəfə xatırlatma göndərəcəyik. Avtomobil yola düşdükdə sərnişinə bildiriş göndəriləcək.

Bu funksiya daha çox səyahət edən müştərilərimiz üçün olduğundan, Uber biznes profili olanlara üstünlük veriləcək.

Budur, Uberin qlobal biznes müştərisi Microsoft-un bu yeni funksiyamız haqda dedikləri:

“Bu funksiya ilə Uber bizim əməkdaşlarımızın vaxtlarına maksimum qənaət etmələrinə kömək edəcək. Biz hamımız bunun üçün olduqca həyəcanlıyıq!”