DİL AZE RUS | ENG

Bakı, seçim gözəl şeydir və bugündən etibarən sizin hamınız Uberlə etdiyiniz gedişləri həm nağd, həm də kredit kartı ilə ödəyə biləcəksiniz. Bu doğrudur- siz Uber ilə səyahət etməyi artıq gedişinizi nağd ödəyərək də təcrübə edə bilərsiniz. Əgər nağd ödəmək istəyirsinizsə sadəcə NAĞD opsiyasını seçin, gediş edin və səyahətin sonunda ödənişi birbaşa sürücüyə təqdim edin.


BU NECƏ İŞLƏYİR – MÖVCUD İSTİFADƏÇİ ÜÇÜN

  1. Proqramı aç və “YOLADÜŞMƏ YERİNİ SEÇ”
  2. Aşağı sağ tərəfdə kredit kart detallarının göstərildiyi bölməni seç və kart məlumatlarının üzərinə tıkla
  3. Açılan menyuda “NAĞD” opsiyasını seç  
  4. Avtomobil sifariş et
  5. Səyahətin bitdikdən sonra, göstərilən məbləği sürücüyə təqdim et.

 

BU NECƏ İŞLƏYİR – YENİ UBER İSTİFADƏÇİSİ ÜÇÜN

  1. Uber proqramını mobil telefona yüklə
  2. Qeydiyyatdan keç (bu mərhələdə kart məlumatlarını daxil etmək artıq məcburi deyil)  
  3. Əgər nağd ödəyirsənsə – avtomobil sifariş et, gediş bitdikdən sonra göstərilən məbləği sürücüyə təqdim et. 
  4. Əgər kartla ödəniş edirsənsə – avtomobil sifariş et,  gediş bitdikdən sonra sadəcə avtomobili tərk et. Ödəniş kartından çıxılacaq. 
  5. İlk Gedişinin Pulsuz olması üçün Promo Kod bölməsinə UBERCASHBAKU daxil edərək bizdən 10AZN dəyərində pulsuz gediş hədiyyə qazan!

Vacib məqamlar

  • Avtomobil sifariş etmək və nağd ödəniş etmək üçün Uber hesabın olmalıdır
  • Nağd ödəniş etmək üçün kart məlumatları tələb olunmur
  • Əvvəlki qaydada, gedişə başlamazdan əvvəl səyahətinizin neçə AZN olacağını əvvəlcədən öyrənə bilərsiniz
  • Hər hansı əlavə və ya gizli xərc yoxdur.
  • Əgər hər hansı sualınız olarsa, bizimlə [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərsiniz.