Əsas məzmuna keçin

Yerinizi bizə bildirin

Olduğunuz sahə üçün düzgün məlumatlar təmin etməkdə bizə kömək etmək üçün sizə ən yaxın olan şəhərin adını daxil edin

uberPOOL

Birlikdə qənaət edirik

uberPOOL sizi eyni istiqamətdə səfər edən sərnişinlərlə uyğunlaşdırdığı üçün səfəri və qiymətini bölüşə bilərsiniz.

  • Sərfəli və qapıdan-qapıya səfərlər
  • Rahat sedanlarda digər sərnişinlərlə birgə səfər edin
  • Hər sifariş üzrə maksimum 2 oturacaq

uberPOOL necə işləyir

1

Sifariş edin

Uber tətbiqini açın və təyinat məntəqənizi Hara xanasına daxil edin. Ekranın aşağısındakı uberPOOL səfər seçiminə toxunun. Bundan sonra uberPOOL sifarişini təsdiqləyin düyməsinə toxunun. Maksimum 2 şəxs üçün POOL sifariş edə bilərsiniz.

Sürücünün çatma vaxtını və təyinat məntəqəsinə təqribi çatma aralığını görəcəksiniz.

2

Səfər edin

Götürülmə məntəqəsinə piyada gedərkən Uber tətbiqində xəritəyə baxın. Avtomobildə heç bir sərnişinin gözləməməsi üçün sürücü çatdıqda səki kənarında getməyə hazır olun.

Sizi eyni istiqamətdə səfər edən digər sərnişinlərlə uyğunlaşdıracağıq. Bu yolla, sizə aşağı qiymət təklif edə bilərik, odur ki, səfər boyu əlavə sərnişin götürülməsi və/və ya düşürülməsi ilə qarşılaşacaqsınız .

3

Düşün

Təyinat məntəqəsinə çatdıqda sadəcə avtomobildən düşün. Gediş haqqını qeydiyyatda olan ödəniş metodunuzdan avtomatik çıxacağıq. Səfəriniz mükəməl keçibsə, səfərdən sonra tətbiqdə sürücüyə bəxşiş əlavə etməyi unutmayın.

UberPOOL'da nə fərqlidir

Yol boyu götürülmələr

Avtomobildəki boş oturacaqları doldurmaq üçün eyni marşrutla səfər edən sərnişinləri axtaracağıq. Digər sərnişinləri təbəssümlə qarşılayın—birlikdə, pula qənaət edirsiniz.

Bu, bir az uzun çəkir

Əlavə sərnişinlər götürüldükdə məkana çatmaq bir az uzun çəkə bilər, lakin tətbiqdə təqribi çatma vaxtını hər zaman görəcəksiniz. Tələsirsinizsə, uberX'i sınayın.

Sürücünü götürülmə məntəqəsində qarşılayın

Səfəri düzgün planlaşdırsanız, uberPOOL möcüzələr yarada bilər. Avtomobildə heç bir sərnişinin gözləməməsi üçün sürücü çatdıqda səki kənarında getməyə hazır olun.

Belə davam edin

uberPOOL səfəriniz başladıqdan sonra təyinat məntəqəniz təyin edilir və kilidlənir. Bu, digər sərnişinləri götürməkdə və ən münasib marşrutu müəyyən etməkdə bizə kömək edir.

Hər komanda üzrə iki sərnişin

Dostunuzla uberPOOL səfəri edə bilərsiniz, lakin 2 nəfərdən çox sərnişin və ya əlavə baqajla səfər edirsinizsə, uberX və ya UberXL sifariş etmək məqsədəuyğundur.

Mütəmadi Verilən Suallar

Yolda nə baş verə bilər

  • Baqaj üçün yer var?

    Bu, avtomobildəki boş yerdən və sərnişinlərin sayından asılıdır. Baqajla səfər edirsinizsə, sizə uberX'i sınamağı tövsiyə edirik.

  • 2 nəfərdən çox sərnişinim olsa, nə edim?

    Parti vaxtıdır! uberPOOL hər sifariş üzrə yalnız 2 sərnişin götürməyə icazə verir, lakin daha böyük qruplar üçün uberX və ya uberXL'dən istifadə edə bilərsiniz.

  • Digər sərnişinləri götürmək nə qədər çəkəcək?

    uberPOOL ilə səfər etdikdə, orta hesabla, ümumi səfər vaxtına cəmi bir neçə dəqiqə əlavə olunur. Səfər davam edən müddətdə təqribi çatma vaxtını tətbiqdə sizə göstərəcəyik.

  • Mən birinci götürülən sərnişin idim. Nə üçün ikinci düşürüldüm?

    Götürülmə və düşürülmə ardıcıllığı şəxslərin götürülmə ardıcıllığı ilə deyil, təyinat məntəqənizin marşrut üzrə hara düşdüyünə əsasən müəyyən olunur.

  • Səfər zamanı götürülən şəxslərin sayına limit qoymaq mümkündür?

    Səfər boyu digər sərnişinlər avtomobilə minə və düşə bilər. Bütün boş oturacaqlar dolduqda əlavə sərnişin axtarmağı dayandıracağıq. Həmçinin, sizi vaxtında çatdırmaq üçün də əlavə sərnişin axtarmağı dayandıracağıq.

  • Digər sərnişin bizi marşrutdan kənara çıxarsa, nə edim?

    Bəzən götürülmə və düşürülmə məkanları marşrutdan bir az kənarda olsa da, tətbiqdə göstərilən vaxta qədər çatmağınızı təmin etmək üçün əlimizdən gələni edəcəyik.

uberPOOL'da səfər etməyə hazırsınız?

İndi qeydiyyatdan keçin

uberX

Sərfəli və gündəlik səfərlər

uberXL

Maksimum 6 nəfərlik qruplar üçün münasib SUV avtomobilləri

UberSUV

Maksimum 6 nəfərlik qruplar üçün lüks SUV avtomobilləri

UberBLACK

Peşəkar sürücülər ilə yüksək keyfiyyətli səfərlər

UberSELECT

Münasib qiymətlərlə yüksək keyfiyyətli səfərlər

uberWAV

Əlil arabasının istifadə edildiyi avtomobillərdə əlverişli səfərlər