Əsas məzmuna keçin

Yerinizi bizə bildirin

Olduğunuz sahə üçün düzgün məlumatlar təmin etməkdə bizə kömək etmək üçün sizə ən yaxın olan şəhərin adını daxil edin

Səfər təhlükəsizliyi

Sərnişinlər qarşısında öhdəliyimiz

Uber yollarda təhlükəsizliyi təmin etmək üçün yaradılmış xidmətdir. Texnologiyamız sayəsində səfərdən əvvəl, səfər ərzində və sonra sərnişinlərin təhlükəsizliyinə böyük diqqət göstərə bilirik. İş qaydası burada göstərilmişdir.

Səfərdən əvvəl

Etibarlı səfər əldə edin

Etibarlı götürülmələr
Uber tətbiqi qapıdan-qapıya xidmət təmin etmək üçün məkanı avtomatik tapır. Bu o deməkdir ki, harada olmağınızdan asılı olmayaraq sürücü çatana qədər özünüzü təhlükəsizlikdə və rahat hiss edirsiniz.

Hər yerdə və hər kəs üçün əlçatandır
Bütün səfər sifarişləri avtomatik olaraq ən yaxınlıqda olan sürücü ilə uyğunlaşdırılır. Odur ki, irq, cins və ya təyinat məntəqəsi üzrə heç bir ayrı-seçkilik halı baş vermir.

Sürücü profilləri
Sürücü ilə uyğunlaşdırıldıqda onun adını, avtomobilin qeydiyyat nömrəsini və reytinqini tətbiqdə görəcəksiniz; bununla da, sizi kimin götürəcəyini əvvəlcədən biləcəksiniz. Və hətta səfərdən sonra da əşyanızı unutduğunuz halda sürücü ilə əlaqə saxlaya bilərsiniz.

Səfər zamanı

Təyinat məntəqəsinə çatmaq

Xəritədən hər zaman izləyə bilərsiniz
Harada olduğunuzu bilmək üçün səfəri real vaxtda izləyin. uberPOOL istifadə edirsinizsə, kiminlə səfər edəcəyinizi dəqiq biləcəksiniz.

Təqribi Çatma Vaxtını paylaşın
Sürücü sizi götürən kimi təqribi çatma vaxtını dostlar və ailə ilə paylaşın ki, onlar marşrutu izləyə və nə zaman gələcəyinizi bilsinlər.

Səfərdən sonra

Kömək etməyə hər zaman hazırıq

Anonim rəy
Hər səfərdən sonra sürücünü qiymətləndirə və səfər barədə anonim rəy bildirə bilərsiniz. Hər rəyi nəzərdən keçiririk, çünki məqsədimiz hər bir səfəri möhtəşəm etməkdir.

24/7 dəstək
Dəstək komandamız səfər barədə olan bütün sualları cavablandırmağa və itən əşyaları geri almağınıza kömək etməyə hər zaman hazırdır..

Çevik cavablandırma
Xüsusi təlim keçmiş insidentə müdaxilə komandamız baş verən istənilən təcili problemi yoluna qoymaq üçün günün 24 saatı əlçatandır.

“Mən tədbirlərdə gecəyə kimi işləyirəm və Uber ilə özümü güvəndə hiss edirəm, çünki, bilirəm ki, küçədə gözləməli hər hansı bir taksini saxlatmalı olmayacağam.”
Brittani,
Portlendli sərnişin

Tətbiqdə və Oflayn

Texnologiya sayəsində təcrübənin yaxşılaşdırılması

Əvəzedici telefon nömrələri

Dünyanın bir çox yerlərində əlaqə məlumatlarını məxfi saxlamaq üçün Uber telefon nömrələrini anonim saxlayan texnologiyadan istifadə edir. Beləliklə, siz və sürücü bir-birinizlə əlaqə yaradarkən şəxsi məlumatlarınız gizli saxlanılır.

Hər zaman xəritədə

GPS məlumatları hər səfər üzrə qeydə alınır, beləliklə, sizin hara və nə vaxt səfər etdiyinizi və sükan arxasında kimin əyləşdiyini bilirik. Bu, həmçinin, sürücülərin hər zaman ən yaxşı marşrutu seçdiyindən əmin olmağımıza kömək edir.

Hüquq-mühafizə orqanlarına dəstək

Yerli hüquq-mühafizə orqanlarının bizə hüquqi proseslə bağlı etibarlı sənəd təqdim etdiyi hallarda araşdırmalara kömək məqsədilə onları faydalı məlumatlarla təmin edirik.

Sərnişin təhlükəsizliyi üzrə məsləhətlər

Təhlükəsizliyi necə təmin etməli

Uber ilə təhlükəsiz səfər etməyə dair təlimat kitabçası yaratmaq üçün hüquq-mühafizə orqanları ilə işləmişik. Bu kitabçada səfər zamanı təhlükəsizliyi təmin etməyin yolları izah edilir.

Təlimat kitabçasını oxuyun

Uber ilə etibarlı səfər əldə edin

Səfər etmək üçün qeydiyyatdan keçin