Əsas məzmuna keçin

Yerinizi bizə bildirin

Olduğunuz sahə üçün düzgün məlumatlar təmin etməkdə bizə kömək etmək üçün sizə ən yaxın olan şəhərin adını daxil edin

İcma qarşısındakı öhdəliyimiz

Hər kəsin inkişafı üçün çalışırıq

Hər kəsin inkişafını təmin etməyə dair ciddi öhdəlik daşıyırıq Necə? Şəhərləri yenidən quraraq, icmaların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq edərək, inteqrasiya və müxtəlifliyi dəstəkləyərək və əvvəllər mövcud olmayan üsullarla bütün insanlara bərabər imkanlar təmin edərək.

Şəhərləri dəstəkləyirik

Şəhərlərimizi daha təhlükəsiz, effektiv və gözəl məkanlara çevirmək üçün yerli dövlət orqanları ilə resursları paylaşmağa dair öhdəlik daşıyırıq; və bunu reallaşdırmaq üçün işə bütün resurslarımızı cəlb edirik.

Uber’in “İnkişaf” adlı layihəsi şəhər planlaşdırıcılarını yeni alətlərlə təmin edir

Uber şəhər planlaşdırıcılarının gələcəyin şəhərlərini dizayn etməsinə kömək üçün 2 milyard Uber səfərindən toplanılan görüntüdən istifadə edən xəritəçəkmə vasitələri dəsti olan “İnkişaf” adlı layihə ilə bağlı şəhər rəsmiləri ilə əməkdaşlıq edir.

“Bu yeni platformada Uber’in ilk partnyorlarından biri olduğumuza görə sevinirik. Nəqliyyat sıxlığının azaldılması, infrastrukturun yaxşılaşdırılması və hər bir turist və sakin üçün küçələrdə təhlükəsizliyin artırılması üçün mümkün qədər çox məlumat mənbəyini işə salmaq istəyirik.”

Myuriel Bouzer, Mer, Vaşinqton, Kolumbiya Dairəsi

Daha təhlükəsiz icmalar

Vəzifəmiz təkcə insanların arxayınlıqla səfər etməsini təmin etməklə məhdudlaşmır, eyni zamanda bunu reallaşdırmaq məqsədilə icma liderləri ilə birlikdə daha yaxşı və etibarlı yollar yaratmaq üçün yenilikləri təşviq edir və müdafiə edirik.

Spirtli içkinin hər 3 ölümcül qəzadan birinin səbəbi olduğu düşünülür.

Dünya Sağlamlıq Təşkilatı, Yol hərəkəti zamanı xəsarətlərin qarşısının alınması üzrə qlobal hesabat

Uber və “Sərxoş Sürücülüyə Qarşı Analar” təşkilatı

Uber və SSQA təşkilatı insanları açarlarını evdə qoymağa və #DesignatedRider kimi təhlükəsiz tərəfdə səfər etməyə təşviq edərək həyat xilas etməyə kömək naminə əməkdaşlıq edir.

Müxtəliflik və inteqrasiya

İnsanların arxayınlıqla səfər etməsinə kömək etmək onların bərabər imkanlarla təmin edilməsini dəstəkləmək və xidmətdən istifadə edən hər kəsi əhatəli və ehtiramlı mühit ilə təmin etmək anlamına gəlir.

Müştərilərimiz kimi biz də müxtəlifik

Uber dünyanın 65 ölkəsində fəaliyyət göstərən qlobal şirkətdir. Əməkdaşlarımız da fərqli mənşələrə və hekayələrə malikdir.

“Hər kəsin əslində olduğu kimi davrandığı, düşüncələrinə sadiq olduğu və ən yaxşı ideyaların qazandığı bir mühitdə işləyərkən - yalnız müxtəliflik, inteqrasiya və qəbuletmə vasitəsilə əldə oluna biləcək fərqli perspektivlərə ehtiyacınız var.”

Amandin Aman, Qlobal Marketinq Şöbəsinin Direktoru, Uber

Hər kəs üçün imkanlar

Hər gün bütün dünyada minlərlə insan öz həyatına uyğunlaşdırılmış formada işləyən Uber tətbiqlərindən istifadə edir. Uber kimi sərbəst iş imkanı təklif edən tətbiqlər fərqli mənşələri və arzuları olan şəxslər üçün iqtisadi imkanlar yaratmaq sahəsində güclü vasitə ola bilər.

“Uber son on ildə görmə əngəlli insanların hərəkətliliyinin təmin edilməsi baxımından əldə edilən ən yaxşı nailiyyətdir”

Mayk Mey, “Lighthouse for the Blind” şirkətinin prezidenti

Uber’də əlçatanlıq

Hər kəsin cəmiyyətdə rahat inkişaf etmək imkanını dəstəkləyən həllərə sərmayə yatırırıq. İndi yaşlıların və fiziki qüsurlu şəxslərin Uber’dən istifadəsi xeyli asanlaşdırılıb.