Əsas məzmuna keçin

Yerinizi bizə bildirin

Olduğunuz sahə üçün düzgün məlumatlar təmin etməkdə bizə kömək etmək üçün sizə ən yaxın olan şəhərin adını daxil edin

Uber necə işləyir

Sifariş əsaslı nəqliyyat texnologiyamız xidmətimizin əsasıdır və sürücü-partnyorları və sərnişinləri əlaqələndirən tətbiq bütün bu xidmətləri əlçatan edir. Burada addım-addım iş qaydası göstərilib:

ADDIM 1

Sərnişin tətbiqi açır

Sərnişin təyinat məntəqəsini ekranın yuxarısındakı “Hara?” xanasına daxil edir; gözləmə vaxtına, avtomobilin xüsusiyyətlərinə və qiymətə baxmaq üçün səfər seçiminə toxunur; daha sonra götürülmə məkanını təsdiqləyir və Sifariş edin düyməsinə toxunur.

ADDIM 2

Sərnişin sürücü ilə əlaqələndirilir

Yaxınlıqdakı sürücü sərnişinin səfər sifarişini görür və qəbul etməyi seçir. Sürücünün avtomobili bir dəqiqəlik məsafədə olduqda sərnişin avtomatik məlumatlandırılır.

ADDIM 3

Sürücü sərnişini götürür

Sürücü və sərnişin bir-birinin adlarını və təyinat məntəqəsini təsdiq edirlər. Bundan sonra sürücü səfəri başladır.

ADDIM 4

Sürücü sərnişini təyinat məntəqəsinə aparır

Tətbiq sürücünü döngə-bə-döngə yönləndirmə imkanı ilə təmin edir, odur ki, sürücü diqqətini məkana çatmağa, sərnişin isə rahat səfərdən zövq almağa yönəldə bilir.

ADDIM 5

Sürücü və sərnişin bir-birini qiymətləndirir və şərh yazır

По окончании поездки водитель и пользователь могут оценить друг друга по 5-балльной шкале. В приложении для пользователей можно написать комплимент водителю, а в некоторых городах и оставить водителю небольшую доплату в знак благодарности.

Bu gün qeydiyyatdan keçin

Uber’i təcrübədən keçirməyə hazırsınız? Sərnişin olaraq ilk səfərinizi edin və ya sürücü kimi qazanc əldə etmək üçün yola çıxın.

Sərnişin tətbiqi

Bir düyməyə toxunmaqla getmək istədiyiniz məkana asan və təhlükəsiz çatın. Ehtiyaclarınıza ən uyğun olan səfər növünü seçin.

Sürücü tətbiqi

Uber ilə nəzarət sizin əlinizdədir. Sürücü tətbiqi necə, harada və nə zaman qazanmağı müəyyən etməkdə sizə kömək edən funksiyalarla təchiz olunub.